Ana səhifə
18 Fevral 2018

Hakerlər milyonlarla istifadəçinin bank kartları haqqında məlumatlarını oğurlayıb

ABŞ-ın 1,4 min mağazanın sahibi olduğu “Staples” ofis üçün malların satışı üzrə nəhəng şəbəkəsi ardıcıl haker hücumlarına məruz qalmasını rəsmən bəyan edib.

 

 

Ucnoqta.az xəbər verir ki, kiberhücumlar cari ilin iyulundan sentyabrınadək həyata keçirilib. Hakerlər “Staples”in 115 mağazasının ödəniş sistemini zərərli proqram təminatı ilə yoluxduraraq 1,16 milyondan çox alıcının bank kartları haqqında məlumatlarını oğurlaya biliblər.

Sentyabrda hakerlərin "The Home Depot” pərakəndə satış şəbəkəsinin ödəniş sisteminə müdaxilə etməsi və 60 milyon kredit kartı haqqında məlumatı oğurlaması barədə məlumat yayılıb.

Dekabrın əvvəlində ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yerli biznesi naməlum hakerlər tərəfindən mümkün kiberhücumların həyata keçirilməsi barədə xəbərdarlıq edib. FTB xəbərdarlığı “Sony Pictures Entertainment” kino şirkətinə hücumdan sonra edib. Hücum şəbəkəyə şirkət və ulduzların fərdi məlumatlarının sızmasına səbəb olub (mincom.gov.az).

 

Tarix
22 Dekabr 2014 [20:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ