Oğuzda yaşlı qadını avtomobil vurub

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.
Xanlar Ferzand oğlu Zərbəliyev idarə etdiyi "90-MU-605" dövlət qeydiyyat nişanlı "VAZ- 21015" markalı minik avtomibili ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Mingəçevir şəhər sakini, 1951-ci il təvəllüdlü Həyat Həsən qızı Gülməmmədovanı vurub. Yaralı vəziyyəti ağır olduğu üçün "təcili yardım" maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan "Report"un bölgə müxbirinə verilən məlumata görə, 68 yaşlı H.Gülməmmədova qapalı kəllə-beyin travması diaqnozu ilə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib,vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Tarix
16 Mart 2019 [00:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin