"Azərişıq" bayram günlərində planlaşdırılan təmir işlərini dayandıracaq

Mart ayının 19 –dan 27-ə qədər “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və Regional Elektrik Təchizatı və Satışı İdarələri üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

Ucnoqta.az ASC-yə istinadən xəbər verir ki, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.

Texniki direktorluğa tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.

199 saylı “Çağrı mərkəzi” 24 saat xidmətinizdədir

Tarix
15 Mart 2019 [22:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin