"Azərsu" ASC-də qanvermə aksiyası keçirilib

İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətində qanvermə aksiyası keçirilib.

Ucnoqta.az xəbər verir ki, növbəti qanvermə aksiyasında  “Azərsu”ASC-nin idarə və müəssisələrində çalışan əməkdaşlar fəal iştirak edib. 
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan  verən şəxslər müəyyənləşdirilib. Ümumilikdə aksiyada “Azərsu” ASC-nin  200-dək əməkdaşı iştirak edib. 

Donorlar  qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin  müalicəsində istifadə olunacaq.

Tarix
15 Mart 2019 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-15 16:50:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin