Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana 1,42 mln. ABŞ dolları məbləğində pul köçürülüb. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Bankının aylıq hesabatında bildirilir. Məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 11% azdır.
Ötən ay Gürcüstandan Azərbaycana isə 842,2 min dollar pul köçürülüb. Bu isə aylıq müqayisədə 2,1% çoxdur.

Ümumilikdə isə fevralda Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 125,5 mln. dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 10,2% və yaxud 11,6 mln. dollar çoxdur.
Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri Rusiyadan (31,62 mln. dollar) həyata keçirilib. 

Tarix
15 Mart 2019 [18:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin