Azercell-dən Novruz hədiyyəsi!

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC abunəçilərini Novruz Bayramı ərəfəsində sevindirməyə davam edir. Azercell müştərilərinə bayram əhval-ruhhiyəsi bəxş etmək üçün musiqi sevərlərə xüsusi kampaniya təqdim edir.

Belə ki, Azercell mart ayının 15-dən aprel ayının 15-nə kimi hər 1GB, 5GB, 10GB, 50 GB (Limitsiz internet) həcmində aylıq mobil interneti paketi sifariş edən və ya  GəncOl5, GəncOl8, Hədsiz, Hədsiz İnternet tarif paketlərinindən birini  aktiv edən abunəçilərinə ZVUK-dan (onlayn musiqi tətbiqi) 30 günlük pulsuz abunəlik hədiyyə təqdim ediləcək.

40 milyondan artıq musiqi parçasını smartfona daşıyan Zvuk xidməti, istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Kampaniya çərçivəsində xidmətdən istifadə etmək üçün,  “Zvuk” mobil tətbiqini Google Play (Android) və ya App Store (iPhone) platformalarından yükləmək kifayətdir.

“Azercell Telecom” MMC Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir! Bu bahar Azercell-lə daha yaxşı yaşayın!

Əlavə məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/zvukhediyye/

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz         

Tarix
15 Mart 2019 [14:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-15 14:45:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin