Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək

"Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək. Azərbaycan və İranın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı imzaladığı protokolunda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair əməkdaşlığın davam etdirilməsi öz əksini tapıb".

Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Bundan başqa, nazir deyib ki, iki ölkə energetika sahəsində də əməkdaşlıq edir: “Xudafərin-Qız Qalası hidroqovşaqlarının birgə istismarı haqqında saziş imzalanıb. Biz bu layihənin başa çatdırılması istiqamətində də əməkdaşlığı davam etdirməyə qərar vermişik. Bundan başqa, Azərbaycan və İran arasında fiberoptik kabellərin çəkilməsi istiqamətində də razılıq əldə olunub və bununla da iki ölkə informasiya və kommunikasiya texnologiyaları sahəsində mühüm layihə həyata keçirəcək”. report

Tarix
15 Mart 2019 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-15 13:01:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin