OPEC neft istehsalçılarını bu il də bazarın sabitliyini saxlamağa çağırıb

OPEC neft istehsalçılarını bu il də bazarın sabitliyini saxlamağa çağırıb.

Trend bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verir.

Hesabatda deyilir ki, 2019-cu ildə neftə tələbatın kiçik sürətlə artması gözlənilsə də, bu göstərici təşkilata daxil olmayan ölkələrdə neft hasilatının gözlənilən artımından daha az olacaq:

“Bu, 2019-cu ildə neft bazarının sabitliyinin saxlanması və bazarda disbalansın yaranmasının qarşısını almaq üçün bütün istehsalçı ölkələrin məsuliyyətini vurğulayır”.

Qeyd edək ki, Martın 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.

Tarix
15 Mart 2019 [18:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-15 18:27:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin