“Ətir psixologiyası” və yeni “Xəmsə” kolleksiyasının təqdimatı keçirildi

“İydə” parfümeriya şirkəti “Ətir psixologiyası” və yeni “Xəmsə” kolleksiya təqdimatının tədbirin keçirtdi 

 “İydə” parfümeriya şirkəti yeni kolleksiyasını təqdim edib. Şirkət media nümayəndələri və  ətir sevərlərini Azadlıq prospektində yerləşən filialına toplayıb. Tədbirdə məqsəd yeni ətir kolleksiyası olan “Xəmsə”ni  təqdim etmək və ətir psixologiyası haqda qonaqları marifləndirmək olub. Tədbirdə  Şirkətin marketinq departamentinin direktoru Günel Məmmədova qonaqları salamlayıb və iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Şirkət rəsmisi daha sonra sözü tanınmış psixoterapevt Afət Əsgərzadəyə verib.
Psixoterapevt, iştirakçıları ətir dünyasına səyahət etdirib. O, ətir psixologiyasından danışaraq ətir terapiyasının insan orqanizminə olan təsirini açıqladı.

Daha sonra şirkətin nümayəndəsi Aygül Qədirova “İydə” parfümün 3-cü kolleksiyası olan “Xəmsə” haqqında daha ətraflı məlumat verib. O, yeni kolleksiyanın 5 növünün adını açıqlayıb, "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə".

Tədbirin sonunda qonaqlar üçün furşet təşkil olunub.
Qeyd edək ki, tədbirdə dəvətlilərə “İydə”nin yeni kolleksiyası olan “Xəmsə”nin parfümlərindan hədiyyələr təqdim edilib.

Tarix
15 Mart 2019 [12:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin