Yekaterinburqdan Bakıya daha bir reys açılacaq

Rusiyanın Yekaterinburq şəhərindən Azərbaycanın paytaxtı Bakıya yeni reys açılacaq.

İyunun 18-dən "İrAero" aviaşirkəti tərəfindən Koltsovo aeroportunda Bakıya daha bir reys təşkil ediləcək.
Təyyarələr Uralın paytaxtından çərşənbə axşamları saat 17:30-da uçacaq, saat 12:30-da isə Heydər Əliyev Beynəlxalq Hava Limanından geri dönəcək. Uçuşlar 103 yerlik "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək, 3 saat davam edəcək.

Yeni aviareysin açılması ilə Yekaterinburqdan Azərbaycana birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq.
Qeyd edək ki, "Ural Hava Yolları" şirkəti həftədə iki dəfə (cümə axşamı və bazar) Bakıya uçuşlar icra edir.

Bakı Koltsovo hava limanından populyar uçuş istiqamətlərindən biridir. 2018-ci ilin yekunu üzrə Azərbaycan paytaxtına 24 min sərnişin daşınıb. trend

Tarix
15 Mart 2019 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-15 18:07:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin