Gürcüstanda azərbaycanlı əsgəri döyən iki nəfər saxlanılıb

Gürcüstanın Hərbi Polisi Krtsanisi hərbi hissəsində əsgər Kazım Qəhrəmanovun döyülməsinə görə 2 nəfəri saxlayıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. İki nəfərin saxlanılması Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcək.
Tbilisi Şəhər Məhkəməsinin bu gün saxlanılan şəxlər barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.

Saxlanılan şəxslərin K.Qəhrəmanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərməklə pul tələb etmələri müəyyən olunub. 

Tarix
15 Mart 2019 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin