Yeni Zelandiyada iki məscid atəşə tutulub: 27 nəfər ölüb

08:36 - 15 Mart 2019 - DÜNYA

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.

Bu barədə mənbələrə istinadən "Stuff" portalı məlumat yayıb. Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər. "New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib.

Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir. Report

Xəbər xətti