Avropa İttifaqı Suriya ilə bağlı razılaşdı

Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya il ərzində yeddi milyard ABŞ dolları (6,2 milyard avro) həcmində yardım göstərmək barədə razılığa gəliblər.

Bu barədə məlumatı Aİ-nin humanitar yardım və böhrandan mühafizə üzrə komissarı Xristos Stilianidis təsdiqləyib. Brüsseldə keçirilən və 50-dən artıq donor ölkənin təmsilçilərinin qatıldığı konfransda Almaniya nümayəndələri Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım üçün əlavə 1,44 milyard avro vəsait ayırmağı vəd ediblər.

Konfrans çərçivəsində razılaşdırılan vəsaitlər ilə ərzaq, tibbi ləvazimatlar və dərmanların alınması, eləcə də uşaqların tədrisə cəlb edilməsi maliyyələşdiriləcək. BMT-nin rəsmi statistikasına əsasən, hazırda Suriyada 11,7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bundan başqa isə Türkiyə, Livan və İordaniyadakı qaçqın düşərgələrində yaşayan milyonlarla insana maddi yardımlar çatdırılmalıdır. publika.az

Tarix
15 Mart 2019 [01:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-15 01:00:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin