Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarıldı- bu Videoya görə

Müğənni Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb

Şəkidə Afət Fərmanqızının mahnısına video çəkən tibb bacıları işdən qovulub. Bu barədə tanınmış produser və aparıcı Tarix Əliyev məlumat verib. O, işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayaraq baş verən hadisə haqqında ətraflı məlumat əldə edib.

Tibb bacısı baş verən hadisəni təsdiq edərək Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin onları otağına çağıraraq işdən azad olunduqlarını deyib: "Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi".

Ailə vəziyyətinin pis olduğunu deyən tibb bacısı ata və anasının onun maaşı ilə dolandığını da qeyd edib: "Valideynlərim yaşlı adamdı. Onlar mənim maaşım ilə dolanərdı. İndi 5 tibb bacısı işsiz qalmışıq".

​Qeyd edk ki, bir müddət əvvəl sosial şəbəkədə tibb bacılarını Afət Fərmanqızının mahnısı sədaları altında rqs etdiyi görüntülər yayılmışdı. azxeber.com

Tarix
14 Mart 2019 [22:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-14 22:49:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin