Camal Qaşıqçının qətlində şübhəli sayılan şəxslər İnterpol xətti ilə axtarışa verilib

İnterpol Səudiyyə Ərəbistanının 20 təbəəsinin həbsinə dair order verib.

“Report” “Daily Sabah”a istinadən xəbər verir ki, onlar bu ölkənin İstanbuldakı Baş Konsulluğunda ötən ilin oktyabr ayında jurnalist Camal Qaşıqçının qətlində günahlandırılır. Həmin “qırmızı bildiriş”lər qətl planını həyata keçirmək üçün Səudiyyə Ərəbistanından İstanbula gəldiyi bildirilən xüsusi qrupun üzvləri ilə bağlı verilib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib, orada öldürülüb.

Tarix
14 Mart 2019 [23:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin