Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Bakı metrosu Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, martın 20-si və 21-də stansiyalara əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək: "İlk növbədə ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Əgər həmin günlərdə stansiyalarda sərnişin sıxlığı olarsa, həmin qatarlar xəttə buraxılacaq. Bununla yanaşı, bütün stansiyalarda növbəli iş rejimi davam etdiriləcək. Şəhər mərkəzində keçirilən bütün tədbirləri nəzərə alaraq bütün stansiyalar hazır vəziyyətdə olacaq".

B.Məmmədov bildirib ki, bayram günlərində stansiyaların iş qrafikində dəyişiklik edilməyəcək: "Yəni bütün stansiyalar səhər saat 06:00-dan gecə saat 00:00-dək işləyəcək. Çünki Novruz bayramında şəhərdə gecə saatlarında tədbir olmadığından stansiyaların əlavə iş saatında işləməsinə də ehtiyac yoxdur. Amma sərnişin sıxlığı olarsa, ehtiyat qatarlar xəttə buraxılacaq və bu da qatarların hərəkət qrafikində dəyişikliklə nəticələnə bilər".

Tarix
14 Mart 2019 [18:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-14 18:57:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin