"Səbail" klubu Essyenlə danışıqlar aparır

“Səbail” klubu dünya şöhrətli Maykl Essyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.
Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. 37 yaşlı yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, Maykl Essyen martın əvvəllərind Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana gəlmişdi.

Tarix
14 Mart 2019 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin