"Ronaldo möhtəşəm idi" - Lionel Messi

12:59 - 14 Mart 2019 - İDMAN

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/8 finalında evdə "Lion"u məğlub etdikləri oyundan(5:1) sonra "Yuventus"un hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Argentinalı futbolçu  İspaniya mətbuatına ÇL-dəki rəqiblərindən danışarkən "Yuventus" və Ronaldonu xüsusi qeyd edib:
"Ronaldo və "Yuventus" möhtəşəm idi. Cavab oyununda "Atletiko"nun daha güclü olacağını düşünmüşdüm, amma Turin klubu mərhələni keçməyi bacardı. Ronaldo möcüzəvi gecə keçirdi və 3 qol vurdu".

Qeyd edək ki, İtaliya klubu səfərdə 0:2 hesabı ilə məğlub olduğu "Atletiko"ya öz evində Ronaldonun het-triki ilə(3:0) qalib gələrək növbəti tura keçib. qol.az

Xəbər xətti