Floradan Faiqə Sərt sözlər

12:45 - 14 Mart 2019 - MAQAZİN

Xalq artistləri Flora Kərimova və Faiq Ağayev arasında illərdir davam edən gərginlik yenidən artmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Hüseynova bacıları” proqramına qonaq olan F. Kərimova həmkarı barədə müzakirələrə səbəb olacaq açıqlama verib.
O, proqramda dövrün 10 istedadlı ifaçısının adlarını müəyyənləşdirib. Xalq artisti aparıcıların Faiq Ağayevi siyahıya salmasına etiraz edib. Sənətçi “Ayıb deyilmi Faiq Ağayevi müğənnilərin arasına salırsız?” şərhini verib. Kərimova daha sonra F. Ağayevi müğənni kimi qəbul etmədiyini qeyd edib:

“Faiq Ağayevlə münasibətim ola bilməz. Mən sənətkaram. Sənətkarı da nəfəsindən tanıyıram. Faiq Ağayev mənə görə Faiq Ağayev oldu. Əlimi çəkdim, onda heç nə qalmadı. Təkcə “Xalq artisti” fəxri adından başqa… O, müğənni deyil. Gedib məni məhkəməyə versin. İki dəfə məhkəməyə verib, uduzub. Üçüncü dəfə verib biabır olsun”.

Xəbər xətti