Flora Kərimova: "Həsənağa Turabov mənimlə evlənmək istəyirdi, evdən vermədilər" – Video

Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayev arasında illərdir davam edən gərginlik pik həddə çatıb.

ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında qonaq qismində iştirak edən F.Kərimova həmkarı barədə açıqlamalar verib. Sözügedən verilişdə Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla sosial mediada gəzib dolaşan “sevgili” xəbərlərinə də münasibət bildirib. Hətta F.Kərimova illər öncə H.Turabovun onunla evlənmək istədiyini söyləyib.

“Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Mənimlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi.

Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Biz ayrıldıq, evdən məni vermədilər. Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu barədə danışanda cavablandırmadım. Mənim oğlum, qızım, onun xanımı. Onun mənə qarşı hissləri var idi ”. bizimyol.info

Tarix
14 Mart 2019 [12:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin