Samir Şərifov: "Problemli kreditlərlə bağlı maliyyələşmə mexanizmləri hazırdır"

"Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulmuş bütün işlər həyata keçirilir, Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bu istiqamətdə iş aparır". 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
"Hazırda kreditlərin məbləği, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”, - nazir qeyd edib. 

Tarix
14 Mart 2019 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-14 12:22:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin