Fuad Muradov Almaniyaya gedib

Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə bu ölkənin qərb bölgələrində yaşayan Azərbaycan icmasının toplantısı keçirilib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri Azərbaycan diasporunun fəaliyyəti, diaspor hərəkatında yeni mərhələnin başlanması, görülən işlər və digər məsələlərlə bağlı çıxış edib.

Dövlət Komitəsinin son aylardakı fəaliyyətini əks etdirən videohesabat təqdim olunduqdan sonra Koordinasiya Şurasının gördüyü işlər, yaxın zaman üçün nəzərdə tutulan plan və proqramlar barədə məlumat verilib.
Almaniya AzərbaycanlılarıKoordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev qurumun fəaliyyətini təhlil edib.
Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Diaspor Gənclərinin II Yay Düşərgəsi barədə ətraflı danışılıb. Fondun fəaliyyət istiqamətləri haqqında icraçı direktor Elşad Əliyev məlumat verib.

Toplantıda müxtəlif təşkilatları təmsil edən Altay Rüstəmli, Emin Həsənov, Seyidbağır Ağayev, Naibə Hacıyeva, Samirə Patser İsmayılova, Xədicə Zeynalova, Lev İsmixanov, Mövsüm Hacıyev və başqaları çıxış ediblər.

Çıxışlardan sonra diaspor rəhbərləri və Azərbaycan icmasının üzvləri ilə geniş fikir mübadiləsi aparılıb.

Tarix
14 Mart 2019 [12:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-14 12:18:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin