Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək

Azərbaycana sıxılmış qazla (CNG) işləyən avtobusların idxalı 2020-ci ildən sonra 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Şəkidə jurnalistlər üçün təşkil edilən təlimin ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC-nin avtobusları da sıxılmış qazla işləyir. Bu il martın 8-dən isə məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib. report

Tarix
14 Mart 2019 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-14 11:38:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin