“Facebook” və “Instagram”ın işində problem yaranıb- Azərbaycanda da

Bu axşam “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində yaranan problemlərlə bağlı müxtəlif ölkələrdən çoxlu sayda şikayətlər daxil olur.

Demək olar ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanmaqdadır. Nasazlıqlar ABŞ-ın şərq sahili vaxtıyla saat 11:56- dan etibarən (Bakı vaxtı ilə 17:56) qeydə alınmağa başlayıb. “Instagram”da isə problemlər saat 12:01-dən (Bakı vaxtı ilə 18:01) başlayıb.

“Facebook” üzrə əsas şikayətlər ABŞ, Filippin, Böyük Britaniya, Niderland, Braziliya və Perudan daxil olub. “Instagram”ın işi isə əsasən ABŞ, Britaniya, Fransa və Niderlandda iflic olub.
Eyni problemlərin Azərbaycanda yaşanması barədə də məlumatlar var./olke.az

Tarix
13 Mart 2019 [23:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin