Xəbərdarlıq! Temperatur enəcək, külək güclənəcək, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında isə martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Tarix
13 Mart 2019 [15:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-13 15:13:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin