“Çat Kapı aşk” filminin möhtəşəm qala-gecəsi baş tutub- Video

Elektra Events Hall-da “Cinemazadeh” istehsalı olan və Turkiyədə çəkilmiş “Çat Kapı Aşk” romantik filminin möhtəşəm qala-gecəsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və bir çox yüksək qurumların rəhbərləri gecənin qonaqları olub. Tədbir iştirakçılarının həvəslə şəkil çəkdirdiyi xüsusi dekor ilə bəzədilmiş məkan, elə zala girişdən göz oxşayır, tədbirin möhtəşəmliyindən xəbər verirdi.

Qala gecədə Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və yaradıcı heyyətin üzvləri iştirak ediblər.
Sonda bütün zal filmin yaradıcı kollektivini ayaq üstə salamlamlayıb, durmadan alqışlayıblar.

Filmin rejissoru Erhan Baytimur, baş prodüser Cəfər Axundzadə. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur. Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operator Ömer Yılmaz, icraçı direktor Tural Əsədov, icraçı prodüser Emil Davudzadə,  montaj rejissoru Vügar Islamzadə və Rüfət Kərimzadə, səs rejissoru Orxan Ağalarov, art direktor Pərviz Babayevdir.

Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.
Qısa məlumat: Bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras  problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Tədbirin təşkilində dəstək olmuşdular: “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi, Cinemazadeh, Cinema Distribution,  Filmzadeh, Elektra Events Hall, Kepro Lazer Beauty Epilyasiya Mərkəzi, Bizon Energy, “Kevents” və “Strafor kəsim” dekor şirkətləri.

Tarix
13 Mart 2019 [14:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin