Sürücülərə şad xəbər- bu cərimə ləğv edilə bilər

Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur

Azərbaycandan çıxarılan avtomobillərin 2 il müddətində geri gətirilməməsi ilə bağlı avtomobilin dəyərinin 50-100 faiz arasında tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir. Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

O bildirib ki, Gömrük Komitəsi bu cərimənin aradan qaldırılması ilə bağlı humanistlik göstərərək müzakirələr aparır. İnzibati Xətalar Məcəlləsində bu qaydanın ləğvi ilə əlaqədar komitə tərəfindən müraciət olunub. Cari ildə bu məsələnin öz həllini tapması gözlənilir.

Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz ölkədən çıxarılması nəzərdə tutulur.

Tarix
13 Mart 2019 [14:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-13 14:21:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin