Ziyafət Əsgərov: "Səbrimiz tükənməz deyil"

16:56 - 12 Mart 2019 - SİYASƏT

Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq olub. Bu prosesi ləngitmək, qeyri-səmimilik göstərmək, təxribatlar etmək isə Ermənistan rəhbərliyinin köhnə siyasətidir.

Ucnoqta.az xəbər verir ki. bunu Oxu.Az-a açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov dilə gətirib. Z.Əsgərov deyib ki, amma bu siyasətin axırı yoxdur.
“Hər halda bizim səbrimiz tükənməz deyil. Biz beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad edilməsi və regionda sülhün bərpasını istəyirik”, - deyə o əlavə edib.

Birinci vitse-spiker bildirib ki, Ermənistan hər zaman qorxu içində, təzyiq altında olmalıdır:
“Azərbaycan ordusunun genişmiqyaslı təlimləri Ali Baş Komandan tərəfindən təsdiq olunan plan əsasında həyata keçirilir. Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə, hərbi təlimlər keçirə bilər.

Bu, bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə, kimlərisə qorxutmaq istəmirik. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir. Çünki işğalçıya hər zaman təzyiq göstərilməlidir”, - deyə birinci vitse-spiker əlavə edib.

Xəbər xətti