Dünyanın ən yaxşı məşqçiləri- Qurban Qurbanov 5 pillə gerilədi

11:03 - 12 Mart 2019 - İDMAN

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

1000 məşqçinin siyahısında Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanovdu. "Qarabağ"ın çalışdırıcısı ötən ayla müqayisədə 5 pillə geriləyib və 1073 xalla 520-ci pilləni tutub.

Qeyd edək ki, siyahıya "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo başçılıq edir (14883 xal). Onu "Barselona"nın çalışdırıcısı Ernesto Valverde (14338 xal) və "Atletiko"nun baş məşqçisi Dieqo Simeone (12227 xal) izləyir./fanat.az

 

Xəbər xətti