ABŞ Rusiya-Venesuela bankına qarşı sanksiya tətbiq edib

22:17 - 11 Mart 2019 - DÜNYA

ABŞ Maliyyə Nazirliyi Rusiya və Venesuelanın birgə müəssisəsi - “Evrofinance Mosnarbank” kommersiya bankına qarşı sanksiya tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, hazırda aktivlərinin həcminə görə Rusiya bankları arasında 96-cı yerdə olan “Evrofinance Mosnarbank” Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı ABŞ sanksiyalarını pozduğu üçün "qara siyahı"ya salınıb.

Eyni zamanda bu kommersiya təşkilatının Venesuelanın kripto valyutanın maliyyələşdirilməsinə yardım edən əsas beynəlxalq banklardan olduğu bildirilir.
“Evrofinance Mosnarbank” Rusiya və Venesuela hökumətləri arasında birgə bank təsis etmək barədə sazişə uyğun olaraq fəaliyyət göstərir. Belə ki, Rusiya və Venesuela müştərək layihələri maliyyələşdirmək üçün 2009-cu ildə “Evrofinance Mosnarbank”ın bazasında bank yaratmaq barədə razılığa gəlmişdilər”, - deyə “Evrofinance Mosnarbank”dan vurğulanıb.

Xəbər xətti