Ana səhifə
22 May 2018

Əflatun Amaşov Brüsseldə çıxış edib

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı başa çatıb. Belçikanın paytaxtı Brüsseldə baş tutmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məruzə edib. Ə.Amaşov çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, ölkəmizdə internet media sahəsindəki meyllərə və onların MŞ-nin iş prinsiplərinə təsirinə diqqət yetirib, iştirakçıların suallarını cavablandırıb.

30-dan çox ölkədən nümayəndələrin qatıldıqları toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının özünütənzimləmə tədbirləri ətrafında müzakirələr olub, həmçinin Alyansın gələcək perspektivi, strukturunun təkmilləşdirilməsi məsələlərinə toxunulub. Növbəti belə tədbirin Avstriyada təşkili qərara alınıb.

Tarix
10 Oktyabr 2014 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin