Marselo da “Yuventus”a keçir

17:10 - 8 Mart 2019 - İDMAN

İtaliyanın “Yuventus” klubu Kriştiano Ronaldodan sonra “Real”ın daha bir futbolçusunu heyətinə qatmağa hazırlaşır.

Söhbət Marselodan gedir. İspaniya mətbuatının iddiasına görə, yayda tərəflər arasında 4 illik müqavilə imzalanacaq. Razılığa əsasən, braziliyalı müdafiəçi yeni klubunda ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, Marselonun “Real”la müqaviləsi 2022-ci ilin iyununda başa çatır. yenicag.az

Xəbər xətti