Ana səhifə
20 Oktyabr 2018

Facebook populyarlığını itirir

Facebook sosial şəbəkəsi 2-ci ildir ABŞ yeniyetmələrinin arasında populyarlığını itirməkdədir. Məlumatı Bloomberg agentliyi Frank N. Magid Associates şirkətinin araşdırmasına əsasən yayıb. 

 

Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, 13-17 yaşlı amerikalıların 88 faizi 2014-cü ildə Facebook-dan yararlanıb. Bu göstərici 1 il öncə 94, 2012-ci ildə isə 95 faiz olub. 

 

Facebook-dan uzaqlaşan yeniyetmələr digər şəbəkələrə üz tuturlar. Twitter şəbəkəsinin gənc istifadəçilərinin sayı son ildə 46-dan 48 faizə artıb. 

 

Bu göstəricilər Facebook investorlarını da qorxuya salıb; azalma davam etsə, yaxın 5-10 ildə ciddi problemlər yarana bilər. 

Facebook-u tərk edən gənclər şəbəkədə özlərini təhlükəsiz duymadıqlarını, Pinterest və Instagram-a nisbətən Facebook-da əyləncə imkanlarının zəif olduğunu bildirirlər. 

 

Analitiklər isə Facebook-un gizli imkanlarının olduğunu da etiraf edirlər. Şirkətə məxsus WhatsApp və Instagram-n populyarlığı gənclər arasında gün-gündən artır. 

 

Tarix
20 Dekabr 2014 [17:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin