UEFA Avropa Liqasında 1/8 final mərhirələsinə start veril

08:41 - 7 Mart 2019 - İDMAN

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

"Report" xəbər verir ki, raundun ilk oyunlarının hamısı eyni gündə baş tutacaq. Turnirdə "Qarabağ"la eyni qrupda yer almış İngiltərə "Arsenal"ı birinci oyununu səfərdə keçirəcək. London təmsilçisi Fransada "Renn"in müqavimətini qırmağa çalışacaq.

İngiltərənin digər təmsilçisi "Çelsi" Londonda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə üz-üzə gələcək.
Yarışın beşqat qalibi İspaniya "Sevilya"sı bu mərhələdə digər komandalara nisbətən zəif rəqiblə qarşılaşacaq. Əndəlüslülər doğma meydanda Çexiya təmsilçisi "Slaviya" (Praqa) ilə münasibətlərə aydınlıq gətirəcək.

İtaliya "Napoli"si də ilk matçını evdə keçirəcək. Neapollular Avstriya "Zaltsburq"u ilə ilk dueldəcə sərfəli nəticə əldə etməyə çalışacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 14-də təşkil olunacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

1/8 final, ilk oyunlar

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya)

21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə)

21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)

21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)

24:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya)

24:00. "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)

Xəbər xətti