Ana səhifə
21 Sentyabr 2018

«Avtomatlaşdırılmış əlil arabalarına ehtiyacı olan şəxslər var» - Nazir

Avtomatlaşdırılmış əlil arabalarına ehtiyacı olan şəxslərin sayı müəyyənləşdirilir

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin avtomat əlil arabaları ilə təmin etmək üçün müəyyən işlər görür. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, nə qədər insana avtomat əlil arabaları lazım olduğunu bilmək üçün hazırda xüsusi vasitələrlə təmin olunmuş və əlilliyi olan insanların sayı müəyyənləşdirilir. “Bu vaxta kimi nazirlik əsasən mexaniki əlil arabaları alırdı. Cari il isə ilk dəfə olaraq biz sırf alman istehsalı olan “Meyra” şirkətinin istehsalı olan avtomat arabalar almışıq. Onlar keyfiyyət baxımından ən yüksək sayılırlar. Apardığımız tədqiqatlar göstərir ki, məhz avtomatlaşdırılmış əlil arabalarına ehtiyacı olan şəxslər var. Həmin arabaların alınaraq ölkəyə gətirilməsi istiqamətində böyük işlər görülür”.

Nazir əlavə edib ki, Brayl əlifbası ilə müəyyən kitabların çapı və yayılması, o cümlədən xüsusi informasiya mərkəzlərinin yaradılması istiqamətində işlər həyata keçirilir. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə üç belə mərkəzin yaradıldığını deyən nazir qeyd edib ki, belə mərkəzlərin sayının artırılması nəzərdə tutulur.

 

Emin

Tarix
10 Oktyabr 2014 [22:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin