“Dembele Neymardan güclüdür” –“Barselona”nın prezidenti

22:17 - 6 Mart 2019 - İDMAN

“Barselona”nın prezidenti Xosep Bartomeu növbəti dəfə PSJ-nin futbolçusu Neymarın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klub rəhbəri ESPN-ə açıqlamasında artıq Neymarın boşluğunu dolduran futbolçuya sahib olduqlarını deyib:
“Bu barədə bəli və ya yox deyə bilmərəm. Yalnız deyə bilərəm ki, Neymarın satışından əldə etdiyimiz pulu gələcək üçün sərf etdik. Gənc futbolçular aldıq. Dembele və Koutinyonu komandamıza cəlb etdik. Fikrimcə, Dembele Neymardan güclüdür. Oyunundan çox razıyıq”.

Xatırladaq ki, Neymar 2017-ci ildə Kataloniya klubundan Paris təmsilçisinə 222 milyon avroya transfer olunub./qol.az

Xəbər xətti