"Tottenhem"in baş məşqçisi cəzalandırılıb

18:03 - 6 Mart 2019 - İDMAN

İngiltərə Futbol Assosiasiyası "Tottenhem" klubunun əsas komandasının baş məşqçisi Maurisio Poçettinonu 2 oyunluq cəzalandırıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin Premyer Liqanın XXVII turunda "Bernli ilə görüşdə baş hakim Mayk Dinlə mübahisə etməsidir. Argentinalı məşqçi bu davranışına görə 10 min funt sterlinq məbləğində  cərimə də ödəməli olacaq.

Poçettino növbəti turlarda "Sautqempton" və "Liverpul"la görüşlərdə texniki zonada əyləşə bilməyəcək.
Qeyd edək ki, London təmsilçisi həmin görüşdə "Bernli"yə səfərdə 1:2 hesabı ilə uduzub. 

Xəbər xətti