Sibel Can Bakıya gəlir

13:11 - 6 Mart 2019 - MAQAZİN

Məşhur türkiyəli müğənni Sibel Can sabah Bakıya gələcək.

Martın 8-ində baş tutacaq konsert Beynəlxalq Qadınlar gününə həsr olunacaq. Müğənni solo konsertindən əvvəl Bakının tarixi yerlərini gəzəcək, onlarla yaxından tanış olacaq. Sənətçi bir gün sonra Bakı Konqres Mərkəzində konsert verəcək.

Qeyd edək ki, Sibel Can Bakıda sonuncu dəfə dörd il öncə, noyabrın 6-da əyləncə mərkəzlərindən birində konsert proqramı ilə çıxış edib. oxu.az

Xəbər xətti