"Çelsi" FIFA-nın qərarına etiraz edib

20:17 - 5 Mart 2019 - İDMAN

 İngiltərə təmsilçisi "Çelsi" FIFA-nın kluba transfer qadağası çıxarması ilə bağlı qərara rəsmi şəkildə etiraz edib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, müvafiq sənəd artıq quruma daxil olub.
Qeyd edək ki, FIFA-nın qərarına əsasən "Çelsi" iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək. London təmsilçisi hazırda 28 turdan sonra 56 xalla İngiltərə Premyer Liqasında 6-cı yerdədir. 

Xəbər xətti