Pakistan və Hindistan arasında Gərginlik: Sualtı hücumun qarşısı alındı- Video

16:46 - 5 Mart 2019 - DÜNYA

Pakistanın hərbi-dəniz qüvvələri Hindistana aid sualtı qayığın dövlətin su sərhədlərini pozmaq cəhdinin qarşısını alıb.

RT-nin məlumatına görə, sualtı-qayıq vaxtında aşkarlandığından geri çəkilməyə məcbur olub. Nəşrə görə, Hindistana aid sualtı qayığın aşkarlanması üçün Pakistan tərəfinin öz “submarin”lərindən istifadə etməməsi ölkənin Hərbi Dəniz Qüvvələrinin üstünlüyündən xəbər verir.

Sonuncu dəfə Pakistan sularında analoji insident 2016-cı ildə yaşanmışdı.
“Pakistanın hərbi-dəniz qüvvələri Pakistan sərhədlərini qorumağa davam edir. HDQ istənilən təcavüzə qarşılıq vermək gücündədir”, - deyə rəsmi İslamabadın bəyanatında qeyd olunub. oxu.az

Xəbər xətti