Quaydo Venesuelaya qayıtdı - Səfirlər qarşıladılar

22:42 - 4 Mart 2019 - DÜNYA

Venesuelanın müxalifət lideri, özünü müvəqqəti prezident elan edən Xuan Quaydo Kolumbiyadan ölkəsinə qayıdıb.

Bu barədə o, Tvitter səhifəsində yazıb. Quaydo qeyd edib ki, hazırda “sevimli torpağındadır”. Karakas hava limanında eniş etdikdən sonra müxalifətçi birbaşa tərəfdarları ilə görüşə gedib. Quaydonu hava limanında yüzlərlə tərəfdaşı ilə yanaşı, Fransa, Almaniya, Rumıniya, Hollandiya, Argentina, İspaniya və Braziliya səfirləri qarşılayıblar.

Qeyd edək ki, müxalifət lideri fevralın 22-də Ali Məhkəmənin qoyduğu ölkədən çıxış qadağasına məhəl qoymayaraq Venesuelanı tərk edərək Kolumbiyaya getmişdi. Fevralın 23-də qanuni prezident Nikolas Maduro hökumətinin qəti qarşı çıxdığı humanitar yardımı ölkəyə gətirməyə çalışıb. qafqazinfo

Xəbər xətti