"Mançester Siti" Silva ilə müqvilənin müddətini uzadır

23:00 - 4 Mart 2019 - İDMAN

"Mançester Siti" futbolçusu Bernardo Silva  ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub portuqaliyalı yarımmüdafiəçinin 2022-ci ildə başa çatacaq müqaviləsinin müddətini 2025-ci  ilə qədər uzadacaq. O, yeni sözləşmə ilə həftəlik 200 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, Silva 2017-ci ildə  "Monako"dan "Mançester Siti"yə transfer olunub.

Xəbər xətti