Hollandiya İrandakı səfirini geri çağırdı

22:04 - 4 Mart 2019 - DÜNYA

Hollandiyanın xarici işlər naziri Stef Blok ölkənin İrandakı səfirinin geri çağırıldığını bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu addım Hollandiyanın Tehrandakı səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edilməsindən sonra atılıb. Nazirin sözlərinə görə, yaxın vaxtlarda səfir hökumətin qərarının müzakirəsi üçün ölkəyə qayıdacaq.

Qeyd edək ki, daha əvvəl İranın Haaqadakı səfiri diplomatik qalmaqalla əlaqədar Hollandiyanın Xarici İşlər Nazirliyinə çağırılaraq izahatı alınmışdı. Öz növbəsində isə İran hökuməti iki diplomatının 2018-ci ilin iyununda Hollandiyadan geri göndərilməsinə qarşı addım atmışdı.

 

Xəbər xətti