Balkonda kabab bişirdilər- Yanğınsöndürənlər gəldi- Video

11:05 - 4 Mart 2019 - MARAQLI

Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər. Bildirilir ki, “Gənclik” metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb. Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.
Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.

Hadisənin görüntülərini təqdim edirik:

Xəbər xətti