Devid Bekhemin heykəli qoyuldu

00:28 - 4 Mart 2019 - İDMAN

“Los-Anceles Qalaksi” klubu məşhur futbolçu Devid Bekhemin heykəlini ucaldıb.

Ramblerin-in məlumatına görə, heykəl klub stadionunun girişində quraşdırılıb. Açılış mərasiminə Bekhem  həyat yoldaşı Viktoriya Bekhem ilə birlikdə qatılıb. 43 yaşlı Devid Bekhem bir çox məşhur geyim və aksessuar marakalarının da simasıdır. 

İngilis futbolçusu Devid Bekhem İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Yunayted”, “Preston North End”, ABŞ-ın “Los-Anceles Qalaksi”, İtaliyanın “Milan” klublarının şərəfini qoruyub, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb.

Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u  ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.

Futbol tarixinə ən bahalı futbolçulardan biri kimi adını yazdıran Devidin 4 övladı var./ oxu.az

Xəbər xətti