"Sarı jiletlər"in 16-ci etiraz aksiyası davam edir

22:54 - 2 Mart 2019 - DÜNYA

Fransada 5,5 mindən çox insan "sarı jiletlər"in 16-ci etiraz aksiyasında iştirak edir

5,5 mindən çox insan bu gün Fransada "sarı jiletlər"in 16-cı ümumxalq etiraz aksiyasında iştirak etmək üçün küçələrə çıxıb. Trend-in məlumatına görə, bunu ölkənin DİN-i bildirib. Qeyd olunur ki, 1,3 mindən çox insan Parisdə keçirilən aksiyanın iştirakçılarıdır.

Nazirliyin verdiyi məlumata görə, bu göstərici ötən şənbə günü ilə müqaisədə bir neçə dəfə azdır. Aksiyalar zamanı 9 nəfərin saxlanıldığı bildirilir.

Xəbər xətti