Marsda dünyanı silkələyən YENİ KƏŞF

12:52 - 2 Mart 2019 - MARAQLI

Alimlər Mars planetində çox böyük bir kəşfə imza atıblar.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Marsda bir-biri ilə əlaqəsi olan qədim yeraltı göllərin və geniş yeraltı su şəbəkəsinin mövcudluğuna dair məlumatlar əldə edilib. NASA və Avropa Kosmik Agentliyinin alimləri Mars peyklərindən əldə edilən məlumatları incələyiblər və nəticələr “Journal of Geophysical Research” jurnalında dərc edilib. Mars kraterlərində aşkar edilən geoloji izlərin Qırmızı planetin keçmişdə mürəkkəb bir yeraltı su sisteminə sahib olduğunu sübut etdiyi üzə çıxıb.

Peyklərin çəkdiyi fotoları incələyən alimlər Marsın şimal yarımkürəsindəki dərin krater çuxurlarının dibində görünən dərin oyuqların hovuz şəkilli vadilərin və yelpazə formalı çökəklərin keçmişdə burada yeraltı göllərin və bunları bir-birinə bağlayan geniş bir yeraltı su sisteminin olduğunun sübutu kimi qəbul ediblər.

Bundan başqa Marsda tapılan gil kimi minerallar ancaq uzun müddət su ilə təmas nəticəsində yarana biləcəyinə diqqət çəkən alimlər bunun da planetdə keçmişdə böyük miqdarda su olduğuna dair sübut və fakt kimi nəzərə almağın vacibliyini qeyd ediblər.

Alimlərin fikrinə görə Marsda 3-4 milyard il əvvəl nəhəng yeraltı okean olub.

Xəbər xətti