ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

21:15 - 1 Mart 2019 - DÜNYA

ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirdiklərini açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, sanksiya siyahısına Venesuelanın insan hüquqlarının pozulması və başqa sui-istifadələrdə əli olduğu bildirilən 6 nəfər keçmiş və hazırkı rəsmi şəxsinin adı salınıb.

Xatırladaq ki, fevralın 24-də ABŞ Nikolas Maduro hökumətinin dörd nəfər rəsmisinin adını sanksiya siyahısına salmışdı.

Xəbər xətti