Makqreqor Həbibə məğlub olma səbəbindən DANIŞDI

14:48 - 27 Fevral 2019 - İDMAN

İrlandiyalı döyüşçü Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədova qarşı döyüşdə məğlub olma səbəbindən danışıb.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Konor bu barədə İnstaqram səhifəsində məlumat verib. O, bildirib ki, xaricə təsirə məruz qalıb və döyüşə normal hazırlaşmadığı üçün məğlub olub.

“Mən hücumdakı bacarıqlarıma hörmətsiz yanaşdım. Mən xarici təsirə imkan verdim ki, düşüncələrimə təsir etsin. Mən nə barədə düşündüyümü bilmirəm. Hazırda mənim düşüncələrim təmizdir. Eyni səhvləri heç vaxt təkrar etməyəcəm. Mən sözün əsl mənasında bu adamları parçalayacam. Baxarsız. Bir-bir edəcəm”, - Makqreqor İnstaqramda belə yazıb.

Xəbər xətti