Nepalda nazir helikopter qəzasında ölüb

14:21 - 27 Fevral 2019 - DÜNYA

Nepalda 7 nəfəri daşıyan helikopter ölkənin şərqindəki Taplecunq bölgəsində qəzaya uğrayıb.

“Report” “The Himalayan Times”ə istinadən xəbər verir ki, helikopterdə bu ölkənin mədəniyyət, turizm və mülki aviasiya naziri Rəbindrə Adhikari, nazirliyin baş katibi Yubarac Dahal və Mülki Aviasiya İdarəsinin baş direktor müavini də olub.
“Air Dynasty” hava şirkətindən verilən məlumata görə, qəza nəticəsində helikopterdə olanların hamısı həlak olub.

Xəbər xətti